Həbsdə olan Fədayə Laçından ÜZÜCÜ XƏBƏR

  • 18.07.2018
  • 0

Həbsdə olan müğənni Fədayə Laçının səhhətində problemlər yaranıb. Havaların isti keçməsi müğənninin səhhətini pisləşdirib. BiG.AZ xəbər verir ki, bu barədə yenicag.az-a açıqlamasında F.Laçının vəkili Türkel Süleymanlı məlumat verib: “Bilirsiniz ki, Fədayə hepatit xəstəliyindən müalicə olunur. Bu da ağır xəstəlikdir. Son günlər havaların isti keçməsi onun səhhətini daha da pisləşdirib. Çox əziyyət çəkir. Hazırda dava-dərman qəbul edir”. Vəkil istintaqın yekunlaşdığını da bildirib: “İstintaq yekunlaşıb. Fədayə azadlığa qovuşsa, səhhətindəki problemlərin aradan qaldırılması üçün müalicə kursu alardı”. big az

Nə düşünürsən?