Gənc oğlan komaya düşən sevgilisi ilə cinsi əlaqəyə girdi

  • 30.06.2018
  • 0

Türkiyənin Düzcə şəhərində baş vermiş bu hadisə şəhər əhalisini ayağa qaldırıb. Düzcədə yaşayan 20 yaşlı Kubra H. sosial şəbəkədə tanış olduğu 28 yaşlı Caner B. ilə sevgi həyatı yaşayıb. Sonralar qız sevgilisi ilə görüşmək üçün Canerin yaşadığı İstanbul şəhərinə gəlib. Elə hər şey də buradan başlayıb. Belə ki, İstanbulda görüşən cütlük ilk öncə spirtli içki qəbul edib. Amma Kubranın şəkər xəstəsi olduğundan spirtli içki onun orqanizminə mənfi təsir edib və qızın təzyiqi qalxaraq keçinib. Buna baxmayaraq, sevgilisi Caner öncədən birgünlük kirayələdiyi evə qızı apararaq onunla cinsi əlaqədə olub. Səhəri gün qızın hələ də ayılmadığını görən Caner onu xəstəxanaya aparıb. Xəstəxanadan qızın təzyiqinin qalaxaraq komaya düşdüyünü və daha sonra dünyasını dəyişdiyini bildiriblər. Hadisədən xəbər tutan polisin işə qarışmasından sonra iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Caner B. sağlamlığa ciddi xəsarət yetirmə, amansızcasına zorakılıq və cinsi zorakılıq törətməkdə, başqasının şəxsi ləyaqətini alçaltmada ittiham olunaraq 43 il müddətinə azadlıqdan məhrum edilib.

Nə düşünürsən?