Türkiyə mətbuatının məlumatına görə iki nəfər Gürcüstan vətəndaşı qətldə ittiham edilir

07.06.2018 | 32 | 0

Türkiyə mətbuatının xəbərinə görə, ittiham olunanlardan biri artıq saxlanılıb, digərinin barəsində isə axtarış elan edilib.


“Hürriyet”in məlumatına görə, Gürcüstan vətəndaşı iki qardaş iki ay öncə Türkiyə vətəndaşı Orhan Çelikin yanında işə başlayıblar. Orhan Çelikin evi iş yerinin yuxarı mərtəbəsinə imiş.


Türkiyə mətbuatının bildirdiyinə görə, ötən şənbə qardaşlar Orhan Çelikin əl-ayağının bağlayıblar, sonra isə başına polietilen torba keçirərək ona işgəncə verməyə başlayıblar. İşgəncə zamanı Orhan Çelik dünyasını dəyişib. Hadisəyə Orhan Çelikin həyat yoldaşı da şahid olub. O, da Gürcüstan vətəndaşı iki qardaş tərəfindən işgəncə və zorakılığa məruz qalıb.


Çelikin övladı da cinayət yerində olub və qonşuları köməyə çağırıb. Nəticədə hadisə yerinə hüquq mühafizəçiləri çağırılıb. Onlar cinayətkarlardan birini saxlayııblar, digəri isə qaçmağa nail olub.

Nə düşünürsən?