Aparıcı Zaur Şəbnəmə sataşan müğənnini canlı yayımda belə biabır etdi

  • 06.06.2018
  • 0

Hər addımında müğənni Şəbnəm Tovuzluya atmacalar atan həmkarı Vəfa Şərifova aparıcı Zaur Kamalın verilişində qonaq olub. BiG.AZ xəbər verir ki, Şəbnəmin canlı yayıma bağlandığı veriliş qalmaqalsız ötüşməyib. Zaur canlı yayımda Ş.Tovuzlu ilə qalmaqal yaşayan müğənni ilə söhbət edərək problemin kökünü araşdırmağa cəhd edib. Onların qısa dialoqunu təqdim edirik: - Vəfa, Şəbnəmlə dərdin nədir? O ki həmişə sənə dəstək olub. - Yox, o, lazımi adamların yanında mənim arxamca danışıb. Mənə zəng vurdu, yetim dedi. Mən adımı qorumuşam. Mənə o sözü deməməli idi. - Onda Şəbnəmə zəng edim, hər iki tərəfi dinləyək. Zaur canlı yayımda Şəbnəmə zəng vurub. Müğənni bu haqda açıqlama verərək haqqında gəzən söz-söhbətlərdən bezdiyini, onun arxasıyca danışanlara lazımi cavab verəcəyini dilə gətirib: "O, özündən söz çıxardır. Bilmədim niyə Tolikin verilişində çaşıb. Mən də özünə zəng vurdum, dedim ki, ay yetim, sən məni tanımırdın? Bəlkə nömrəm yox idi səndə? Evimdə çörək kəsmisən. Burnundan gəlsin. Mənim arxamca efirdə danışmağın nə dərəcədə doğrudur? Mənə zəng edib araşdıra bilərdin, efirdə o cür tərbiyə göstərməyinə ehtiyac yox idi. Onsuz da hər kəs onu qınadı. Mənim ona yaxşılıqdan başqa pisliyim keçməyib". Şəbnəmi dinləyən Zaur onun sözlərinə haqq qazandırıb, Vəfanı isə özünü reklam etməkdə ittiham edib: "Vəfa, sən böyük səhv etmisən. Özünü reklam etmək belə olmur. İnsan çörək kəsdiyi adamı belə şey üçün tapdalamaz. Məni danışdırma, açaram sandığı, tökərəm pambığı". Verilişdə qonaq olan müğənnilər Hacı Nazim və Emil Bədəlov da Şəbnəmi dəstəkləyərək bu günə qədər onun heç bir həmkarı ilə problem yaşamadığını bildiriblər: "Ay Vəfa, Allahla danış. Şəbnəm neçə illərdir ki, dostumuzdur. Haqqını tələb edən qadındır. Onun kiminsə arxasıyca danışmağa ehtiyacı olmayıb. Biz belə bilirik". big az

Nə düşünürsən?