Avropaya keçmək istəyən ailə həyatının şokunu yaşadı - 5 uşağını birdən itirdi

  • 05.06.2018
  • 0

Qanunsuz yollarla dəniz vasitəsi ilə Türkiyədən Avropaya keçmək istəyən miqrantların içərisində olduğu qayıq Antalyanın Demre mahalı yaxınlığında batıb. Qayığın batması nəticəsində 9 nəfər boğularaq ölüb, 6 nəfər xilas edilib. Boğulan 9 nəfərdən 1-i qadın, 6-sı uşaqdır. Ölən uşaqların 5-i qardaş olub. 5 övladı eyni anda ölən Zeynep Osman və İdris Raşit cütlüyünün halı pisləşib, onlara xəstəxanada xüsusi yardım edilib. Qeyd edək ki, qayıqdakılar Suriya vətəndaşı olublar.

 

Nə düşünürsən?