Elnarə: Kluba gedib səhərə kimi rəqs etmək istəyirəm"

  • 30.05.2018
  • 0

Müğənni Elnarə Xəlilova geyimini tənqid edənlərə cavab verib.


Axşam.az-ın məlumatına görə, sənətçi “Xəzər maqazin”ə açıqlamasında bildirib ki, özünü rahat hiss etməyi xoşlayır. Xəlilova gecə klubuna getməyi arzuladığını söyləyib:


“Yaş öz sözünü deyir. Rəqs edirəm, amma bədən ölçüləri o deyil. Rahat üslubda geyinirəm, dincəlmək istəyirəm. Hündürdaban geyinmək, başqaları üçün görünmək məni yorur. Əynimdəki də Burlanın koftasıdır. Qızımla eyni ölçüdəyik.


Hərdən yoldaşıma deyirəm ki, ehtiyacım var, stress atmalıyam. Deyirəm, icazə al, xaricə gedək, gecə klubunda səhərə kimi rəqs edim. Heç kim məni tanımasın”.

Nə düşünürsən?