Ermənistan prezidenti Azərbaycan mahnısına belə rəqs etdi

  • 23.05.2018
  • 0

Ermənistan prezidenti Armen Sarkisyan Azərbaycanın milli rəqsi olan "Köçəri”ni ifa edib. Veteninfo.az Sputnik.am-a istinadən xəbər verir ki,hadisə Sarkisyanın Amulsars qızıl mədəninin istismarına etiraz edən ekoloqlarla görüşü zamanı baş verib. Prezident sarayı qarşısına toplaşan etirazçılarla Sarkisyan şəxsən görüşüb . Aksiya iştirakçılarını dinlədikdən sonra onlarla birgə rəqs edib. Xatırladaq ki, Azərbaycanın məşhur "Yallı" rəqsinin növlərindən olan "Köçəri" YUNESKO-nun Qeyri-maddi Mədəni İrs siyahısına Ermənistanın qeyri-maddi irsi kimi daxil edilib

Nə düşünürsən?