Azərbaycanlı müğənni: "Bəziləri kimi milyonlar hesabına efirə çıxmıram"

  • 13.05.2018
  • 0

Son illər qardaş ölkədə ulduzu parlayan aktrisa Aysel Nazim musavat.com-un suallarına cavab verib. Aktrisa ilə söhbətə sonuncu Türkiyə səfərindən başladıq: - Türkiyədə yenə mükafat aldım. "Evosangels" mükafatına mənimlə birlikdə siyasətçilər, idmançılar, sənət adamları layiq görüldü. Bundan əlavə "Altın Palma" mükafatlandırma gecəsinə dəvət aldım, qonaq kimi iştirak etdim. Artıq Türkiyədə böyük çevrəm var, məni tanıyır, işimə qiymət verirlər. - Bəzi müğənnilər böyük məbləğdə pullar sərf etsələr də, Türkiyədə tanına bilmirlər. - Məni əcnəbi kimi qəbul etmirlər. Onsuz da, bir millət iki dövlətik. Bu dəfə anam da mənimlə getmişdi. Dedi ki, mənim bu qədər tanınmağıma və sevilməyimə təəccüblənib. Adətən, Türkiyəyə gedən tanınmışlarımız deyir ki, qısqanclıqla qarşılaşıblar. Əsla, belə deyil. Mən orada özümü yad hiss etmədim. Televiziyada, radioda qonaq oldum. Onu da deyim ki, verilişə çıxmaq və ya gördüyüm hər hansı işə görə bir manat da xərcləməmişəm. Bəzilər kimi milyonlar hesabına efirə çıxmıram. Mən orada özümü göstərmirəm, iş icra edirəm. Hörmət və sevgi pulla alına bilməz.

Musavat.com

Nə düşünürsən?