Zaur Kamal: "Məni doğrasalar da, qayınanama "ana" demərəm"

  • 02.05.2018
  • 0

Aparıcı Zaur Kamal “5/5” verilişində qayınana-kürəkən münasibətlərindən danışıb. Axşam.az-ın məlumatına görə, aparıcı bildirib ki, heç vaxt qayınanasına “ana” deməz: “Məni doğrasalar da, qayınanama "ana" demərəm. Öz anama nə olub ki? Təbii ki, o qayınanadır. Ona “xala” deyirəm”. Zaurun sözləri studiyadakı qonaqları da təəccübləndirib. Əməkdar artist Babək Niftəliyev isə “Niyə demirəm, mən deyərəm. O da bir anadır” cavabını verib.

Nə düşünürsən?