Azərbaycanlı qadın Türkiyədə döyülərək öldürüldü

  • 18.04.2018
  • 0

Türkiyənin Dənizli şəhərində Türkay İsayeva adlı azərbaycanlı qadın evində öldürülüb. Bina sakinlərinin sözlərinə görə, səhər saatlarında qadının qaldığı evdən dava səsləri gəlib. Sakinlərin şikayəti ilə hadisə yerinə gələn polislər T.İsayevanın cansız bədənini tapıblar. Məlumata görə, hadisədə şübhəli bilinən bir nəfər saxlanılıb. Onun İsayeva ilə birlikdə yaşadığı deyilir. Meyit tibbi ekspertizaya göndərilib. Nəticələr çıxdıqdan sonra ölümün dəqiq səbəbi məlum olacaq. Qeyd edək ki, T.İsayevanın 7 yaşında bir oğlu və ondan kiçik bir qızı var.

Nə düşünürsən?