Nigarın paylaşımı qalmaqal yaratdı - "Az qala məni daş-qalaq edirdilər"

  • 17.04.2018
  • 0

"Eurovision 2011" müsabiqəsinin qalibi, müğənni Nigar Camalın "Instagram" paylaşımı qalmaqala səbəb olub. Belə ki, səhifəsində dünya ulduzu Cennifer Lopezin fotosunu paylaşan ifaçı fərqli reaksiyalarla qarşı-qarşıya qalıb. Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə açıqlama verən müğənni bu addımı insanların reaksiyasını yoxlamaq üçün etdiyini deyib: "Mən Cenniferin şəklini zaraftyana paylaşmışdım. Yoxlamaq istəyirdim ki, görüm, kim nə deyəcək. İnsanlar fərqli reaksiyalar verdilər. Az qala məni daş-qalaq edirdilər". Qeyd edək ki, istifadəçilər Cenniferlə Nigarı bir-birindən ayırd edə bilməyib, onlar ifaçının alt paltarsız küçəyə çıxdığını zənn ediblər.

Nə düşünürsən?