Musabəyov parkının yanındakı bu işıqfor

  • Dünən 19:32
  • 0

Paytaxtdakı işıqforlardan biri sürücüləri vaxtaşırı çaşdırır və bu da qəza şəraitinin yaranmasına səbəb olur.

Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Aqil Quliyev məlumat verib. O qeyd edib ki, Həsən bəy Zərdabi küçəsinin Əbdürrəhimbəy Haqverdiyev küçəsi ilə kəsişməsində yerləşən işıqforda əlavə bölmə quraşdırılıb.

“Əlavə bölmədə həm düzünə hərəkət edənlər üçün, həm də təkbaşına sağa gedənlər üçün daimi yaşıl işıq yanır. Düzünə hərəkət edənlər üçün qırmızı işıq yandıqda belə sağa hərəkət edən sürücülər bir çox hallarda birinci avtomobilin idarəçisini başa düşmürlər, davamlı arxadakı maşınlar siqnal verib öndəki avtomobili tələsdirməyə çalışırlar. Belə olan halda hətta piyadaya da yol vermədən hərəkətlərini davam etdirmək istəyirlər.

Nə düşünürsən?