Son günlər Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlərə ölkəmizdə ən çox dəstək verən şirkətlərdən biri məhz “Bolt”dur.
Avtosfer.az verir ki, şirkət daha əvvəl Bakıda keçirilən “Formula1” yarışlarında qonaqların məkana rahat çatmasını təmin edib. “Bolt” şirkəti 4–11 oktyabr tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşı olub.
Bu barədə nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı məlumat verib. O qeyd edib ki, Dünya çempionatı ilə başlayan əməkdaşlıq “Bolt” və Azərbaycan Cüdo Federasiyası (ACF) arasında uzunmüddətli tərəfdaşlığın əsasını qoyur.





























