Sumqayıt icra

  • Dünən 21:18
  • 0

Sumqayıt şəhərindəki bir sıra yollarda nişanların olmaması, yaxud nişanlama xətlərinin silinməsi və ya təmirdən sonra çəkilməməsi mövzusunda dəfələrlə material dərc etmişik. Bu dəfə də şəhərin mərkəzi küçəsindəki yol nişanı problemi ilə vətəndaş video çəkib.

Avtosfer.az xəbər verir ki, videonu paylaşan qadın sürücü digər avtomobil idarəçilərinin tez-tez eyni səhvə yol verdiyini bildirib. O qeyd edib ki, şəhərin Azərbaycan prospekti və Nəriman Nərimanov küçələrinin kəsişməsindəki dairə bir çoxlarını çaşdırır. Belə ki, dairənin heç bir kəsişməsində “dairə” nişanının altında, ya da üstündə “baş yol” və “yol ver” nişanları quraşdırılmadığı üçün sürücülər dairəyə girməzdən əvvəl kimə yol verəcəklərini bilmirlər.

Nə düşünürsən?