Vahid forma

  • Dünən 21:44
  • 0

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti məktəblilərin geyim forması ilə bağlı yeni qərar qəbul edib. Qərara əsasən, təhsilin dünyəvilik prinsipinə uyğun olmayan və vahid formanı pozan geyim elementlərindən istifadəyə icazə verilməyəcək. Vahid forma təkcə məktəb nizam-intizamının qorunması deyil, həm də şagirdlər arasında sosial-iqtisadi fərqlərin önə çıxmasının qarşısının alınması baxımından müzakirə olunur.

Avtosfer.az mövzu ilə əlaqədar paytaxt sakinləri, eləcə də məktəblilər arasında sorğu keçirib. Sorğuda iştirak edən həm məktəblilər, həm də valideynlər yeni forma qaydalarının müsbət qərar olduğunu, lakin ailəlrəin büdcələrinə mənfi təsir göstərəcəyini qeyd ediblər.

Sosioloq Yusif Nəbiyevin fikrincə, ümumiyyətlə, məktəblərdə və təhsil ocaqlarında vahid formanın tətbiq olunmasındakı əsas məqsəd şagirdlərin, tələbələrin maddi rifah səviyyəsinin o qədər də nəzərə çarpan olmaması üçündür. Yəni, bu addım cəmiyyətdəki klas fərqi məktəb dəhlizlərində özünü o qədər də hiss olunmasın deyə tətbiq olunan bir yanaşmadır.

Nə düşünürsən?