“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş

  • Dünən 15:56
  • 0

Bu gündən etibarən Bakı metrosunun “Avtovağzal” və “Xocasən” stansiyalarına giriş pulsuzdur.

Bu barədə ”Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Avtosfer.az-a açıqlamasında. O qeyd edib ki, bu addım sərnişin axınının optimallaşdırılması istiqamətində tədbirlərin gücləndirilməsi ilə əlaqədardır:

“Səhər saatlarından etibarən “Avtovağzal” və “Xocəsən” stansiyalarına girişin ödənişsiz təşkili sərnişinlərin hərəkət rahatlığının artırılmasına və müxtəlif istiqamətlər üzrə sərnişin axınının daha optimal bölüşdürülməsinə xidmət edir.

Paytaxta sərnişin axınının əsas istiqamətlərindən biri Sumqayıt-Xırdalan xətti, eləcə də Şamaxı-Bakı yolu olduğundan bu ərazilərdən şəhər mərkəzinə daxil olan sərnişinlərin bir hissəsinin metrodan istifadəyə yönəldilməsi “20 Yanvar” stansiyası və Moskva prospekti ətrafında nəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərə bilər. Yerüstü nəqliyyatda sıxlıq müşahidə olunduğu halda metronun bəzi xətlərində sərnişin axını əvvəlki dövrlə müqayisədə azalıb. Hazırda “yaşıl xətt” üzrə sərnişin sayında 50 faizdən çox, “bənövşəyi”də isə 35-40 faiz arasında azalma qeydə alınır. Bu baxımdan, sərnişin axınlarının yerüstü nəqliyyatdan metroya yönləndirilməsi mövcud disbalansın aradan qaldırılmasına müsbət təsir göstərə bilər”.

Mətbuat katibi onu da qeyd edib ki, aparılan monitorinqlərin nəticələrinə uyğun olaraq, nəzərdə tutulan stansiyalarda girişin pulsuz olma müddəti uzadıla bilər.

Nə düşünürsən?