Nərimanovda yanğın

  • Dünən 18:35
  • 0

Bakıda hündürmərtəbəli binadakı mənzil yanıb.

Avtosfer.az xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. Belə ki, rayonun Əliyar Əliyev küçəsində 16 mərtəbəli binanın 16-cı mərtəbəsindəki mənzil qəfil yanmağa başlayıb. Hadisə yerinə dərhal FHN-nin Yanğından Mühafizə Xidmətinin komandası yaxınlaşıb.

Yanğının hansı səbəbdən baş verməsi hələki məlum deyil.

FHN-dən verilən məlumatda qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Səfər

Nə düşünürsən?