Pərvin türkiyəli məşhurları Bakıya gətirir

  • 01.04.2018
  • 0

Türkiyənin tanınmış aktyorları Ahmet Kuralla Murad Cemcir Azərbaycana gələcəklər. Axşam.az xəbər verir ki, aktyorların baş rolda çəkildiyi “Ailecek şaşkınız” filminin premyerası olacaq. Bu barədə aktrisa Pərvin Abıyeva məlumat verib: “Hazırda İstanbulda bu iki möhtəşəm aktyorla bərabərəm. Sizə sürprizləri var. 5 apreldən etibarən yaratdıqları möhtəşəm obrazla “Ailəcək şaşkınız” filmini Bakı kinoteatrlarında izləyə bilərsiniz. Hətta onları Bakıya özüm gətirəcəm”.

Nə düşünürsən?