Xuraman hədələdi: "Sizi məhv edərəm"

  • 28.03.2018
  • 0

Aktrisa Xuraman Əlizadə sosial şəbəkədə onu tənqid edənlərə sərt cavab verib. Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa ailəsinin təhqir olunduğunu bildirib. O, bundan sonra ona pis şərh yazanı tapıb cəzalandıracağını söyləyib: "Bundan sonra ailəmə artıq söz yazan qarşısında məni görsün. Heç bir əxlaqdan, dəyərdən söz getməyəcək, ailəsindən bixəbər olanlar... Ailəmə söz deyənlərin bəziləri, dönün öz ailənizə baxın, görün qadının yerindədir, yoxsa kişin? Ay şərəfsizlər, murdarlar, sizin ailə ilə nə işiniz var? Məni sevməyə bilərsiniz, amma bu sizə övladıma və yoldaşıma artıq söz deməyinizə haqq vermir. İnsanlıqdan kənar olanlar, ailəsini tanımayanlar, daha susmayacam. Necə "salam" verəcəklər, elə də alacaqlar. Nə qədər mədəni olursansa, bir o qədər də irəli gəlirlər. Ailəmə yazan, artıq səni məhv edərəm. Özünüşə yığışın". Milli.Az

Nə düşünürsən?