Terrorçuya pulu ödəyən o imiş - şok

  • 01.04.2024
  • 0

Rusiyada baş  vermiş    "Krokus"  terror aktına  görə  daha  bir  nəfər  tutulub.

 

Oxu24.com  xəbər  verir  ki,  Yakubjoni Yusufzoda Basmanny məhkəmə zalında  görüntülənib.

 

O, “Krokus”da terror aktı ilə bağlı iş üzrə 10-cu müttəhimdir.

 

Yusufzodinin 25 yaşı var, Tacikistanın Moqyen kəndində anadan olub. Ailəlidir, üç övladı var.

 

Həbs olunarkən o, tikintidə işləyib.

 

İstintaqın məlumatına görə, Yusufzodi Krasnoqorskdakı konsert salonuna hücumdan sonra vəsaitin bir hissəsini terrorçulardan birinə köçürüb.

 

 Yakubconi Yusufzodi mayın 22-dək həbs edilib.

 

Miri