"Efirdə deyim ki, ayrılmışıq, sən də hədiyyə göndər barışaq"

  • 06.12.2023
  • 0

Tanınmış şairə Nazilə Səfərli "instagram” hasabında maraqlı paylaşım edib. 

AZXEBER.COM xəbər verir ki, o video paylaşaraq həmkarlarının hərəkətlərini məsxərəyə qoyub.
Həmin anları görüntüləyib paylaşan Nazilə bu sözləri deyib:

"Evdə kişiyə dedim ki, gəl gündəm-gündəm oynayaq. Mən çıxım efirdə deyim ki, biz ayrılmışıq, sən də sonra hədiyyə zad göndər barışaq. O da dedi ki, gör ayın axırına nə qədər var? Maaşı haçan alaram, onda verərəm hədiyyəni. İndidən küsürsənsə küs, amma hədiyyən ayın axırı gələcək. Mən küsə də bilmirəm, gündəm-gündəm də oynaya bilmirəm. Mənim axırım nə olacaq?” 
 
O daha sonra qeyd edib: "Məni də öyrədin nə olar, siz nətəhər edirsiz ki, kişi sizin hər dediyinizi edir? Kişiləri necə barmağınızda oynadırsız? Bunun məktəbi hardadır?

Nə düşünürsən?