Şəhidin dəfnində xanımına mesaj gəldi: Mithatın intiqamını aldıq

  • 19.03.2018
  • 0

“Zeytun budağı” əməliyyatı zamanı ağır yaralanmış hərbçi (piyada minbaşı - red.) Mithat Dunca cəmi üç gün sonra, Afrinin şəhər mərkəzi nəzarət alınan gün - martın 18-də dünyasını dəyişib. Oxu.Az-ın xəbərinə görə, M.Duncanın doğulduğu Əskişəhərdə dəfn mərasimi zamanı duyğulu anlar yaşanıb. Belə ki, həyat yoldaşını əbədiyyətə yola salan şəhid xanımı Lütfiyə Duncanın mobil telefonuna M. Duncanın Afrindəki hərbçi dostları tərəfindən videomesaj gəlib. Mesajda bunlar deyilir: “Bu zəfər (Afrinin mərkəzinin nəzarət altına alınması nəzərdə tutulur - red.) başda Çanaqqala şəhidləri olmaqla, “Zeytun budağı”nda şəhid düşmüş 46 personalımıza və ASO-dan şəhid düşmüş personalımıza, o cümlədən, Şükrü Ünlü uzman çavuşumuza, Mithat Dunca minbaşıya ərməğan olsun. Mithat Duncanın xanımı Lütfiyə xanım, qardaşları Mustafa və Mətin bəy, Mithatın intiqamı yerdə qalmadı, intiqamını aldıq. Lütfiyə xanım, siz artıq rahat olun, burada 200 qardaşınız var”. L. Dunca isə cavabında “sağ olsunlar, hamısı ilə qürür duyuruq”, - deyə bildirib. “Həyat yoldaşımın intiqamını alıblar. O, rahat uyuyacaq. Bizim içimiz soyuyacaq. Sağ olsunlar”, - deyə əlavə edib. Qeyd edək ki, şəhid minbaşının Zeynəb Naz Dunca adlı 13 yaşlı qızı var.

Nə düşünürsən?