Trampdan İrana növbəti zərbə - SANKSİYALARIN MÜDDƏTİ UZADILDI

  • 13.03.2018
  • 0

ABŞ prezidenti Donald Tramp İrana qarşı tətbiq olunan sanksiyaların müddətini daha bir il müddətinə uzadıb. APA TV-nin məlumatına görə, Ağ Evin məlumatında belə deyilir. "İran hökumətinin siyasəti və müəyyən hərəkətləri ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün mühüm təhlükələr yaratmağa davam edir. Odur ki, 1995-ci il, 15 mart tarixli qərar qüvvədə qalmalıdır" - deyə, sənəddə qeyd olunur. Sanksiyaların uzadılmasına səbəb kimi həmçinin ballistik raketlərin istehsalı, beynəlxalq terrorizmə dəstək və insan haqlarının pozulması göstərilir. Sənəddə qeyd olunub ki, söhbət nüvə razılaşmasından sonra Tehran üzərindən götürülən sanksiyalardan getmir.

Nə düşünürsən?