Ana və oğlu yol qəzasında öldü - SALYANDA

  • 13.03.2018
  • 0

Salyan rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Avtoqza zamanı ana və oğlu ölüb. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Salyanın Düzənlik kəndi ərazisində, yeni istifadəyə verilən avtomagistral yolun sərt döngələrinin birində qeydə alınıb. Salyan sakini, 1983-cü il təvəllüdlü Qaraxanov Pərviz İsa oğlunun idarə etdiyi “VAZ 21099” markalı avtomobillə 1987-ci il təvəllüdlü Şirəliyev Ruslan Ariz oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub. Nəticədə “Jiquli”nin sürücüsü R.Şirəliyev və onun anası, 1968-ci il təvəllüdlü Şirəliyeva Kəklik Əlimərdan qızı hadisə yerində dünyasını dəyişib. “VAZ 21099” markalı avtomobilin sürücüsü P.Qaraxanov və "VAZ 2107"-də olan digər sərnişin - Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Kərimova Şərifə Əlimərdan qızı xəsarət alaraq Şirvan şəhər Xəstəxanasına yerləşdirilib. "VAZ 2107" markalı avtomobildə meyiti sıxılıb qalmış sürücü FHN-in Salyan Muğan Regional idarəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Salyan RPŞ tərəfindən araşdırma aparılır.

Nə düşünürsən?