Türkevinə edilən hücumun görüntüləri yayıldı

  • 22.05.2023
  • 0

Nyu Yorkda Türkeviyə hücumun təhlükəsizlik kamerası görüntülər əldə edilib.

Kadrlarda qara paltarlı və qara papaqlı şəxsin əlində dəmir lomla Türkevi binasına yaxınlaşdığı görünür.

Təcavüzkar bir müddət binanın qarşısında dayanmış avtomobilin arxasında qaldıqdan sonra qəfildən lomunu qaldıraraq Türkevi binasının pəncərələrinə hücum etməyə başlayır.

Kadrlarda hücumun bir şəxs tərəfindən həyata keçirildiyi görünür.

Hücum edənin tutulacağı gözlənilir.