7 aprelə olan yoluxma sayı açıqlandı

  • 07.04.2023
  • 0

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 95 yeni yoluxma faktı qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19-dan ölüm halı qeydə alınmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 830 230 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 533 nəfər müalicə olunaraq sağalıb, 10 196 nəfər vəfat edib, aktiv xəstə sayı 501 nəfərdir.

Nə düşünürsən?