iPhone alarkən diqqətli olun!

  • 08.03.2018
  • 0

2-ci əl iPhone alarkən nələrə diqqət yetirmək lazımdır. Bu suala mütəxəssimiz cavab verir. 1.Fiziki qüsurlar. İlk öncə cihazın qutusu olmasına diqqət yetirin, bu sizi ilk yaranacaq problemlərdən kənar tutar. Zəmanət talonu və qəbz olması üstünlükdür. Cihazın İMEİ nömrəsini (*#06#) korpusun və qutu (həmçinin qəbz) üzərindəki nömrə ilə qarşılaşdırın. Korpus üzərində kosmetik ləkə və cızıqların olması tələbiniz deyilsə ala bilərsiniz, batıq və əyilmə olan cihaz məsləhət deyil, belə ciddi zərbələr zamanı ana plata da zədə görmüş ola bilər. Ekran və korpus arasında boşluq olmamasına diqqət edin. Aksesuaların, xüsusən usb-kabel və adapterin original olmasına diqqət edin. 2. Düymələr Kilit düyməsi (on/of ), Ana düymə (home), titrəyiş (vibration), səs kontrol (volume) düymələrinin işlədiyindən əmin olun. 3.Səs Zəng vasitəsilə gedən və qəbul edilən səsi, hər-hansı musiqi proqramı ilə reproduktoru(loudspeaker), həmçinin "Siri"nin sizi duyduğunu da yoxlayın . 4.Kamera Kameraların çəkiliş keyfiyyətini və işıqlandırmasını yoxlayın. 5. Digər funksiyalar Ekran qaralması, fənər, bluetooth, ekran dönüşdürücü kimi funksiyaların işlədiyindən əmin olun. 6. Şəbəkə Müxtəlif operator nömrələrində 2G, 3G, 4G(dəstəkləyirsə) zəng vasitəsilə şəbəkə vəziyyətini və internet xəttini yoxlayın. WiFi şəbəsinə birləşərək internetə bağlanmağı sınayın. 7.Təhlükəsizlik 2-ci əl iPhone alarkən diqqət edəcəyiniz əsas nüans iCloud hesabından çıxış edilməsidir. Yaxşı olar ki, alarkən yerindəcə bütün məlumat və parametrləri sıfırlansın. Mobil cihazların qeydiyyat sistemi (imei.az )ilə cihazın ölkədə istifadə icazəsini, Apple texniki xidmət zəmanətinin keçərliyini yoxlayın (checkcoverage.apple.com). Reallığa fikir versək, 2-ci əl telefon alarkən heç birimiz satıcıdan ödəniş barədə sənəd tələb edə bilmirik, bütün nüanslar nəzərə alınaraq, satıcının şəxsiyyəti təsdiq edən sənədinin surətini, həmçinin cihazı yoxlamaq üçün müddət tələb etmək xeyrinizə olar.

Nə düşünürsən?