17 dekabr-"Yandırılmış kitablar günü"dür

  • 18.12.2022
  • 0

İran ordusu tərəfindən Güney Azərbaycanda həyata keçirilən kitab yandırma faciəsindən 77 il keçir.
 
1945-ci il dekabrın 12-də (1324-cü il azərin 21-də) Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan Milli Hökuməti qurulub. Bu tarixi gün Azərbaycan tarixinə “21 Azər Hərəkatı” kimi düşüb.
 
Milli hökumət qurulduqdan bir il sonra xarici himayədarlarının köməyilə İran ordusu tərəfindən devrilib. Həmin vaxt onminlərlə soydaşımız öldürülüb, qaçqın olub və ya sürgünə göndərilib. Eyni zamanda fars şovinistləri bir il müddətində Azərbaycan türkcəsində çap olunmuş bütün kitabları şəhərlərin meydanlarında tonqal qalayaraq yandırıblar. 1946-cı il dekabrın 17-də (1325-ci il azərin 26-da) baş verən mədəni soyqırım el arasında “Yandırılmış Kitablar Günü” adı ilə xatırlanır.
 
Təəssüf ki, Azərbaycan dilinə qarşı düşmənçilik siyasəti bu gün də İrandakı "molla rejimi" tərəfindən davam etdirilir. 

Nə düşünürsən?