"Azərbaycanda bu maşından ancaq məndə var"

  • 17.12.2022
  • 0

Müğənni Cavad Rəcəbov avtomobili ilə gündəmə gəlib. 
Yenilik.az xəbər verir ki, müğənninin avtomobili "7 canlı" proqramında nümayiş olunub. C.Rəcəbov bildirib ki, avtomobil 30 ildir ondadır:
"Azərbaycanda bu maşından ancaq məndə var. Az sürürəm, 5 ildir ki, heç sürə bilmirdim. Motoru dağılıb. 1995-ci ilin Amerika istehsalı "Cadillac"dır. 5 ildir onun hissələrini Amerika, Dubay və bir çox ölkədən gətizdirirəm. Bir həftə əvvəl hər şeyi tapmışam. Bunun üstündə 10 maşın dəyişmişəm, bircə, bu qalıb".

Nə düşünürsən?