Qahirədə beşmərtəbəli bina çökdü - ÖLƏNLƏR VAR

  • 23.02.2018
  • 0

Misirin paytaxtı Qahirədə beşmərtəbəli yaşayış binasının çökməsi nəticəsində azı 10 nəfər dünyasını dəyişib. APA TV-nin məlumatına görə, bu barədə yerli "MENA" agentliyi xəbər yayıb. Yerli hüquq mühafizə orqanları bildirir ki, bədbəxt hadisə əhalinin yoxsul təbəqəsinin sıx yaşadığı paytaxtın Manşiət-Nəsr rayonunda baş verib. Dağıntıların altından 10 nəfərin cəsədi çıxarılıb. Hazırda orada başqa insanların da qaldığı istisna edilmir. Yerli statistikaya əsasən, Misirdə 2 milyonadək ev yaşayış üçün təhlükəli hesab edilir. Dövlət orqanları tərəfindən həmin binaların sökülməsinə dair 100 mindən çox qərar verilsə də, hələ də icra olunmamış qalır.

Nə düşünürsən?