Zaurun verilişində maraqlı anlar - Müğənninin ayağı büdrədi

  • 22.02.2018
  • 0

Xəzər Tv-də yayımlanan "5-də5" verilişində maraqlı hadisə yaşanıb. GoldNews.Az xəbər verir ki, aparıcı Zaur Kamalın efirdə qonaqlarından biri müğənni Aydın Sani olub. Müğənni efirə mahnısını ifa etmək üçün daxil olub, səhnəyə çıxdığı zaman onun qəfildən ayağı büdrəyib və yıxılmaqdan son anda xilas olub. Aydın Sani ifasını bitirdikdən sonra Zaur Kamal ona "düşəndə burdan düşmədin, az qaldı yıxılasan" sözlərini deyib. Müğənni isə cavabında zarafatyana tərzdə "hər dəfə bir şey olmalıdır da" cavabını verib. Verilişdən həmin kadrları təqdim edirik:

Nə düşünürsən?