PYD/YPG-nin Əsədə yeni dəhliz müraciəti - TEL RIFATI İSTƏYİRLƏR

  • 21.02.2018
  • 0

Dəməşqlə PYD/YPG arasında danışıqlar davam edir. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, terrorçular Əsəd hökumətinə Afrinə silah və canlı qüvvə daşınması üçün dəhliz verilməsi barədə müraciət edib. Afrin-Hələb yolunun, eləcə də "Zeytun budağı" əməliyyatının davam etdiyi bölgəyə girmək istəyən Suriya ordusunun bombalanmasından sonra Tel Rıfat PYD/YPG-yə daşıma üçün ən əlverişli istiqamət hesab olunur. Əsədin müraciətə isti yanaşdığı, terrorçulara bu ərazi üzərindən keçid vermək barədə düşündüyü iddia edilir. Tel Rıfat hazırda PYD/YPG-nin nəzarətində olsa da, Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) bölgə üzərində rahat şəkildə əməliyyat keçirə bilər. Əsəd qüvvələri isə "Zeytun budağı" əməliyyatının başlamasından sonra Afrindən çəkilən Rusiya hərbi kontingenti ilə Tel Rıfatın cənubunda mövqe tutub. Türkiyə ordusu bu bölgədə hələlik geniş əməliyyata başlamasa da, Afrindən sonra Tel Rıfatın da PYD/YPG-dən təmizlənməsi planlaşdırılır.

Nə düşünürsən?