Almaniya ordusunda səfərbərlik elan edildi - RUSİYAYA QARŞI

  • 21.02.2018
  • 0

Almaniya ordusunda təcili səfərbərlik elan edilib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Bundestaqda hazırlanan hesabata əsasən, orduda böyük heyət çatışmazlığı aşkarlanıb. Hesabata görə, ordunun "mübarizələrə davamlılıq səviyyəsi" olduqca aşağıdır. Hərbi təyyaralər, tanklar və gəmilər bərbad vəziyyətdədir. Sualtı qayıqların əksəriyyətinin təmirdə olduğu və gəmilərdə şəxsi heyətin çatışmadığı vurğulanıb. Hərbi xərclərin NATO göstəricilərindən olduqca aşağı olması hökuməti hərəkətə gətirib. Səfərbərlik nəticəsində NATO hərbi bazalarında təlim üçün 12 min əsgərin ayrılacağı qeyd edilib. Təlim keçdikdən sonra bu qüvvələr Rusiyanın Baltikyanı ölkələrə təzyiqinin qarşısının alınmasında istifadə olunacaq. Yeni ordu qüvvələrinin hazırlanmasına 90 milyon avroya yaxın maliyyə vəsaitinin ayrılması gözlənilir.

Nə düşünürsən?