Türkiyə-Suriya sərhədində neft yatağı kəşf edildi

  • 11.12.2021
  • 0

Türkiyənin cənub-şərqində - Suriya sərhədində yeni neft yatağı kəşf edilib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin milli neft şirkəti TPAO-nun tvitter səhifəsində məlumat verilib.

Bildirilib ki, Mardin vilayətinin Nuseybin qəsəbəsindən 32 km şərqdə yerləşən Günyurdu-1 quyusunda kəşfiyyat işləri apararkən API üzrə 11,8 dərəcə olan ağır yatağı aşkar edilib. Yataqdan neft çıxarılması prosesini əks etdirən görüntülər təqdim edilib.

Nə düşünürsən?