Martda 8 gün iş olmayacaq

  • 15.02.2018
  • 0

Mart ayında bayramlarla əlaqədar 8 gün qeyri-iş günü olacaq. APA-nın məlumatına görə, 8 Mart - Qadınlar günü iş günü hesab edilmir. Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli qərarına əsasən, 2018-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır. Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə - yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq. Beləliklə, bu il Novruz bayramında bir həftə ardıcıl qeyri-iş günü olacaq.

Nə düşünürsən?