Plastik qablardan gələn təhlükə...

  • 15.02.2018
  • 0

Son illər yeyinti məhsulları müştərilərə əsasən plastik qablarda təqdim edilir. Belə qablara gözümüz öyrəşsə də, əksəriyətimiz bunun zərəri haqqında düşünmürük. Bəzilərimiz isə zərərini bilə-bilə hələ də istifadə edirik. Mütəxəssislər bildirirlər ki, belə qablar insanın ürək-damar sistemində çatışmazlıqlar yaradır, hətta bəzən xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Zəhərləmələrə gəlincə, bu 2 saata, bəzən isə iki günə özünü bürüzə verir. Ekspertlər yeyinti məhsullarının plastik qablaşdırmasının ləğv olunmasının tərəfdarıdırlar. Ölkəmizdə bununla bağlı qadağanı nəzərdə tutan qanun olmasa da mütəxəssislər istehlakçılara plastik qablardan istifadəni miniumuma endirməyi tövsiyə edirlər. Qeyd olunur ki, plastik qablardakı suların açıq havada qalması da təhlükəlidir. Mütəxəssislər bildirirlər ki, tullantı şəklində yığılan plastik qabların yenidən qida məhsulları üçün emalı da yoloverilməzdir. Onları yalnız başqa məqsədlər üçün istehsal etmək olar. Məsələn kənd təsərüfatı üçün su boruları, kanalizasiya xətləri üçün plastik turbalar hazırlana bilər. Dünya alimləri də plastik qablardan istifadənin insan sağlamlığına zərər verməsi ilə bağlı mütəmadi həyəcan təbili çalırlar. Bu çağırışlara artıq bir neçə ölkə cavab verib. Həmin ölkələrdə plastik qablardan istifadə qanunla tənzimlənir. Bu məmulatlar zaman-zaman ölümcül təhlükəyə səbəb olduğu üçün ABŞ, Kanada, Danimarka, Fransa, İtaliya və bir sıra dövlətlərdə onlardan istifadə məhdudlaşdırılıb.

Nə düşünürsən?