Bakıda əlbəyaxa dava zamanı 2 qardaşı bıçaqladılar

  • 15.02.2018
  • 0

Gecə saatlarında paytaxtda iki qardaş bıçaqlanıb. APA TV-nin məlumatına görə, hadisə Bakının Sabunçu rayonunda baş verib. İki qardaşın bıçaqlanması ilə nəticələnən dava Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yaşanıb. 1999-cu il təvəllüdlü Cəfərli Tural Oqtay oğlu və onun qardaşı, 1993-cü il təvəllüdlü Turan Cəfərli hələlik adları məlum olmayan şəxslərlə mübahisə edib və nəticədə bıçaq xəsarətləri alıb. Yaralılar təcili 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və cərrahi əməliyyat olunub. Vəziyyətləri hazırda qənaətbəxş hesab olunur. Qanlı hadisənin təfərrüatları istintaq yolu ilə araşdırılır.

Nə düşünürsən?