Təyyarə qəzasında həlak olan Namiq avtoritet imiş

  • 13.02.2018
  • 0

Moskvada təyyarə qəzasında ölən Namiq Qəhrəmanov kriminal aləmin üzvü olub. Unikal.org xəbər verir ki, qəzada həlak olan Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü Qəhrəmanov Namiq İnayət oğlu kriminal aləmdə "Haqqı” ləqəbi ilə tanınan avtoritet olub. O, uzun illər Rusiyada yaşayıb və tekstil fabrikinin sahibi olub. Qardaşı da kriminal aləmin üzvüdür və "İsim” ləqəbi ilə tanınır. N.Qəhrəmanovun qardaşı Yevlaxda qanunsuz silah saxladığı üçün həbs olunub.

Nə düşünürsən?