Avtomobili işə salıb yerə düşdü – Rəqs edərkən maşın getdi

  • 05.02.2018
  • 0

Çəkdiyi vinelərlə məşhurlaşan Mənsur Şərif adlı gəncin budəfəki çəkiliş zamanı etdiyi hərəkət onun məsuliyyətə cəlb olunması ilə nəticələnə bilər. Avtosfer.az xəbər verir ki, Mənsur adlı bu şəxs çəkiliş zamanı idarə etdiyi avtomobili hərəkətə gətirib və sonra avtomobildən aşağı düşərək rəqs edib. O, yerdə rəqs edən zaman avtomobil hərəkətdə olub. Sonradan rəqsi bitirərək avtomobilə əyləşərək avtomobili dayandırıb. Onun etdiyi bu hərəkət təhlükəlidir və təkrar edilməsi məsləhət deyil.

Nə düşünürsən?