Putin Qarabağ məsələsində Ərdoğana güvənir - Kritik açıqlama

  • 27.10.2020
  • 0

Rusiya ilə Türkiyə arasındakı Qarabağ dialoqu bölgədəki vəziyyəti sabitləşdirməyin açarıdır. Publika.az xəbər verir ki, bunu Rusiyanın “Voyenno-promışlennıy kuryer” analitik qəzetinin yazarı Oleq Faliçev deyib. Rusiya Prezidenti Vladimir Putinin Türkiyə ilə münasibətləri mövzusuna toxunan yazar bildirib ki, iki ölkə arasında etibarlı tərəfdaşlıq mövcuddur: “Putin Dağlıq Qarabağ mövzusunda Türkiyə ilə münasibətlərini dəyərləndirərkən doğru və balanslı mövqe sərgiləyir. Nə sərt açıqlamalar verir, nə də sərt addımlar atır. Türkiyə S-400 verdiyimiz yeganə NATO ölkəsidir. Bu, yaxın qonşu və partnyorumuza hiss etdiyimiz etibarın göstəricisidir. Rusiya Dağlıq Qarabağ mövzusunda da Türkiyəyə etibar edir”. Qeyd edək ki, Vladimir Putin başda Dağlıq Qarabağ olmaqla, regional məsələlər və hərbi-texniki əməkdaşlıq kontekstində Türkiyə ilə dialoqu “müstəqil Türkiyə ilə iş görmək keyfli və etibarlıdır” sözləri ilə şərh etmişdi.

Nə düşünürsən?