“Xocalıya sevinə-sevinə qayıdacam, torpağımla üzümü yuyacam”

  • 26.10.2020
  • 0

Xocalı faciəsinin şahidi Vərziyar Əliyeva o günləri belə xatırlayır: “Hadisə zamanı 27 yaşım vardı. Övladlarımdan biri 3 yaş, digəri 5 yaş yarımlıq idi. Bazar günü idi. Dedilər vertolyot gələcək. Vertolyot heç vaxt gəlib Xocalıları aparmırdı. 4 tərəfdən ermənilərin mühasirəsində idik. Yoldaşımın əmisigilə getdim. Onun da kranı vardı. Ailəsini çıxarmaq istəyirdi. Mənə yer olmadı , iki azyaşlı övladımla birgə güclə oturub gəldik. Vərziyar Əliyeva deyir ki, Xocalıdan çıxmağı təsadüf nəticəsində alınıb: “27 yaşındaydım. Mülkü əhali üçün təkcə bir vertolyot göndərilmişdi. Mən bir gecədə 10 şəhid vermişəm. Yoldaşım Əliyev Əbülfət Əli oğlu Xocalı aeroportunda polis işləyirdi. Atam Hüseynov Mürşüd Səməd oğlu özünü müdafiə batalyonunun döyüşçüsü idi. Bacım ailəlikcə itkindir. Əliyeva Heyran Mürşüd qızı, Əliyev Firdovsi İsa oğlu, iki balası Elçin və Elgiz və digər 4 bacım”.

Nə düşünürsən?