Kişinyovdan Dağlıq Qarabağdakı münaqişə ilə bağlı rəsmi reaksiya

  • 20.10.2020
  • 0

Moldovanın Publika telekanalında Kişinyovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk rəsmi reaksiyası ilə əlaqədar xəbər yayımlanıb. Xəbərdə Moldovanın Xarici işlər naziri Oleq Tsulyanın azərbaycanlı həmkarı Ceyhun Bayramova Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik məktubunun göndərdiyi, məktubda Moldovanın Azərbaycan dövlətinin ərazi bütövlüyü dəstəklədiyi qeyd olunur. Həmçinin syujetdə bildirilir ki, xarici işlər naziri Dnestryanı bölgədəki vəziyyətlə paralellik gətirərək, ölkənin ərazisində dondurulmuş münaqişənin mövcudluğunun fəsadlarının Moldovaya yaxşı bəlli olduğunu vurğulayır. Bundan əlavə, Moldova rəsmisi belə məsələlərin sülh yolu həll olunmasının vacibliyini qeyd edir, beynəlxalq ictimaiyyətin səyləri nəticədində Ermənistanla Azərbaycan arasında silahlı toqquşmaların dayandırılacağına ümid etdiyini bildirir. Videosyujetlə aşağıdakı linkdə tanış olmaq mümkündür.

Nə düşünürsən?