Azərbaycanda yoluxma sayı azaldı

  • 19.10.2020
  • 388 baxış
  • 0

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 331 yeni yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 45 295 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 40 144 nəfər müalicə olunaraq sağalıb, 630 nəfər vəfat edib, aktiv xəstə sayı 4 521 nəfərdir. Ölkədə son sutka ərzində 4612, hazırkı dövrədək isə 1232636 test aparılıb.

Ən son xəbərlər üçün Telegram kanalımızı izləyin

Nə düşünürsən?