Jurnalist ifası ilə məşhur müğənnini mat qoydu

  • 13.10.2020
  • 0

Müğənni Bahar Lətifqızı BiG.AZ-ın qonağı olub. Verilişdə Ali Baş Komandanın rəhbərliyi ilə son günlər ordumuzun addım-addım torpaqlarımızı işğalçı Ermənistan ordusundan təmizləməsi, ölkədə yaşanan qələbə əzmi müzakirə olunub. Budan başqa, erməni vandallarının Gəncədə törətdiyi terror aktından da danışılıb. Bahar Lətifqızı bildirib ki, bu terror bizim qələbə əzmimizə kölgə sala bilməz: "Biz xalq olaraq birlikdə güclüyük və birlikdə qalib də gələcəyik!” Veriliş bitəndən sonra müğənni jurnalistlə birlikdə “Gecələr” mahnısını duet şəklində ifa edib. Jurnalistin ifası müğənnini kövrəldib. Bahar Lətifqızı jurnalist Aytən Sakitqızının ifasına belə münasibət bildirib: “Elə bildim, özüməm”.