"Ermənistan Azərbaycanı təxribata sürükləmək istəyir"

  • 13.10.2020
  • 657 baxış
  • 0

"Əlbəttə ki, bu, haqq qazandırılması mümkün olmayan vəhşi cinayətdir. Mənası ondan ibarətdir ki, Azərbaycanı Ermənistan ərazisini atəşə tutmağa məcbur etsin" BiG.AZ xəbər verir ki, bunu İctimai Televiziyaya (İTV) müsahibəsində rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko deyib. O, bildirib ki, "Ermənistanın daxilində, Paşinyanın ətrafında bir sıra qüvvələr var. Onlar hesab edirlər ki, hər şey etməyə haqları var. Həmin qruplar müharibənin qlobal xarakter almasını çox istəyirlər. İstəyirlər ki, Azərbaycan dinc Gəncənin mülki əhalisinə qarşı təxribatına cavab versin, Ermənistan ərazisinə zərbələr endirsin, o zaman Ermənistan təcavüzün qurbanı kimi Rusiyaya müraciət etsin. Onlar hiyləgərlik edirlər", - o qeyd edib.

Nə düşünürsən?