Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı yenidən artdı

  • 07.10.2020
  • 0

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 182 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 41113 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 38858 nəfər müalicə olunaraq sağalıb, 602 nəfər vəfat edib, aktiv xəstə sayı 1653 nəfərdir.

Nə düşünürsən?