Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi

  • 05.10.2020
  • 0

Silahlı Qüvvələrimizin cəbhədə qazandığı uğurlar, qələbə xəbərləri vətəndaşlarımızda böyük ruh yüksəkliyi, çoşqu yaradıb. Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, lakin təəssüflər olsun ki, ayrı-ayrı şəxslər öz müsbət emosiyalarını indiki həssas məqamda tamamilə yolverilməz olan şəkildə - fişənglərdən istifadə etməklə, atəşfəşanlıqla qeyd edirlər: "Vətəndaşlarımızı bu cür hərəkətlərdən çəkinməyə, pirotexniki vasitələrdən istifadə etməməyə çağırır, hər bir şəxsdən ölkədəki hərbi vəziyyət rejiminin tələblərinə uyğun davranmağı xahiş edirik".

Nə düşünürsən?