Paşinyan Putini bezdirib: "Odboy" verdi

  • 05.10.2020
  • 15.3K baxış
  • 0

“Rossiya-1” telekanalı Prezident Vladimir Putinin Rusiyanın hökumət üzvləri ilə keçirdiyi iclas zamanı Ermənistan baş naziri Nikol Paşinyanın Kremlə aramsız zənglərini əks etdirən kadrlar yayıb. AZƏRTAC xəbər verir ki, “Moskva, Kreml, Putin” verilişində Prezident Vladimir Putinin iclasda iştirakı zamanı Paşinyanın ona dəfələrlə zəng vurduğu əks olunur. Kadr arxasında Vladimir Salavyov bildirir ki, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı digər ölkələrin rəhbərləri Vladimir Putinə daim zəng vururlar. Kadrlardan görünür ki, Vladimir Putin zənglərə cavab vermir.

Nə düşünürsən?