Bir neçə qayda pozdu, sonra isə kobudluq etdi: İşverənsən?

  • 26.09.2020
  • 0

Oxuculardan biri yol hərəkəti qaydasını kobud şəkildə pozan taksi sürücüsünün videogörüntüsünü redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, sentyabrın 26-ı paytaxtın Hüseyn Seyidzadə küçəsində hərəkət edən 90-EX-663 qeydiyyat nişanlı "Mercedes" markalı taksi avtomobilinin sürücüsü 1.11 nişanlanma xəttinin qadağan olunmuş hissəsindən manevr edərək sola dönüb. Bu zaman piyada keçidindən keçən piyadalara və həmin küçə ilə hərəkət edən avtomobillərə yol verməyərək təhlükə yaradıb.

Videonu qeydə alan şəxs irad bildirən zaman, həmin sürücü "yaxşı edirəm, işverənsən?"- deyərək ona qarşı kobudluq edib.

 

Nə düşünürsən?