Yol polisi vətəndaşa belə kömək etdi

  • 26.09.2020
  • 3.3K baxış
  • 0

Bu gün saat 17:00 radələrində paytaxtın Həsən Əliyev və Koroğlu Rəhimov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri ağır yaralanıb. Hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə ərazidən keçən 99 YP 438 dövlət nömrə nişanlı patrul avtomobilində xidmət aparan Elçin adlı inspektor hadisə yerinə gəlib. Təcili Tibbi Yardıma xəbər verilsə də həkim briqadası gecikib. Bu zaman YPX inspektoru təcili olaraq yaralını patrul maşını ilə xəstəxanaya çatdırıb. Nəticədə yaralının həyatını xilas etmək mümkün olub. Hadisə şahidlərinin saytımıza göndərdiyi videonu təqdim edirik:

Nə düşünürsən?